Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 26 İyun - Silahlı Qüvvələr günü ilə əlaqədar tədbir keçirilmişdir

26 iyun 2021 | 16:00

Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin birgə təşkilatçılığı ilə 26 iyun 2021-ci il tarixdə  4 saylı qəsəbə ərazisində salınmış  “Şəhidlər” Abidə Kompleksində Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanları, şəhid ailələrinin üzvləri, “Vətən müharibəsi” qaziləri, müharibə əlilləri, veteranlar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin abidəsi önünə gül dəstələri qoyaraq dərin ehtiramlarını bildirmişlər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmişdir. Rayon rəhbəri bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm  Zəfər Azərbaycan tarixinin şanlı səhifəsidir. Biz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, qazi olmuş əsgər və zabitlərimizlə daim fəxr edəcəyik. Şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən  diqqət və qayğı bu gün də uğurla davam etdirilir. Bu gün  bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Polkovnik-leytenant Anar Rəhimov, AzQMƏVŞAİB Cəbrayıl filialının sədri Səbuhi Hüseynov, şəhid atası Birinci Qarabağ döyüşçüsü Əşrəf Qəhərmanov, şəhid ailəsi Məlahət Məhərrəmova, Birinci Qarabağ qazisi Eldəniz Əhmədov, 14 saylı tam orta məktəbin tarix müəllimi Nahid Muradov çıxış edərək tədbir iştirakçılarını Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edərək vətənin azadlığı və ərazi bütövlüyü uğrunda əzmlə döyüşən və qələbə qazanan vətən oğullarına dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə məktəblilərinin ifasında Vətənə, şəhidlərimizə və müzəffər ordumuza həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş etdirilmişdir.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  medallarla  təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailələrinə və  iştirakçılarına medallar təqdim edilmişdir.

 

\

Keçidlər