Şriftin ölçüsü :

Saytın rəngi :

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı günüdür

16 iyun 2021 | 16:00

17 iyun - öz taleyini ən nəcib və məsuliyyətli bir işə bağlayanların, insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin peşə bayramı günüdür. Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. Bu gün respublikamızda səhiyyə sahəsinə göstərilən diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür.
Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.
Ölkə Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir. Hazırda pandemiyanın yayılmasından müəyyən müddət keçməsinə baxmayaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ilk gündən başlayan önləyici tədbirlər uğurla davam etdirilməklə  koronavirusla mübarizənin bazası gücləndirilir.
Hazırda “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nəzdində  1 saylı sahə xəstəxanası, Sabirabad rayonu  Küdəcühür qaçqın düşərgəsində olan həkim məntəqəsi, Saatlı rayon Əlisoltanlı fin evi həkim məntəqəsi, C.Mərcanlı kənd həkim məntəqəsi olmaqla 13 tibb müəssisəsi  rayon sakinlərinin xidmətindədir. Bu tibb müəssisələrində 14 həkim, 53 orta tibb, 34 kiçik tibb işçisi çalışır.
     Bəşəriyyətin bəlası olan “COVİD-19” pandemiyasının tüğyan etməsi bizim qəsəbələrdən də yan keçməmişdir. 2020-ci ildən hazırkı dövrə kimi qəsəbədə məskunlaşmış 4456 ailə olmaqla 18864 nəfər əhali arasında 700-ə yaxın “COVİD-19” xəstəliyinə yoluxma halları baş vermişdir. Bu yoluxmaların vaxtında qabağını almaq və aşkar olunan xəstələrin xüsusi yaradılmış xəstəxanalara göndərilməsini və müalicəsinin təşkilini təmin etmək işi müvəffəqiyyətlə həyata keçirilmişdir.
Rayonda 21 yanvar 2021-ci il tarixdən “COVİD-19” pandemiyasına qarşı peyvəndləmə işinə başlanılmışdır. Hazırda bu tədbir yüksək səviyyədə həyata keçirilir. Belə ki, bu günə qədər 7738 nəfər,  52,4%  əhalimiz peyvənd olunmuşdur.
Cəbrayıllılar vətəndaşların sağlamlığı naminə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qayğıkeşliklə görülən hər bir tədbiri, xüsusilə koronavirus (COVİD-19) pandemiyasının geniş yayıldığı dövr ərzində ölkənin bütün resurslarının bu sahəyə cəlb edilməsini razılıqla qarşılayır və əmindirlər ki,  ölkəmiz dövlət başçısının rəhbərliyi altında bu qlobal bəladan da ən az itki ilə çıxacaqdır.
Bayramınız mübarək əziz tibb işçiləri!

Keçidlər