Şriftin ölçüsü :

Saytın rəngi :

“Böyük Azərbaycan şairi və mütəfəkkiri-Nizami Gəncəvi” adlı kitab sərgisi keçirilmişdir

08 iyun 2021 | 16:00

    Cəbrayıl rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar “Böyük Azərbaycan şairi və mütəfəkkiri-Nizami Gəncəvi” adlı kitab sərgisi keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Kitabxana qarşısında təşkil edilmiş sərgidə Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən kitablar nümayiş olunub. Kitabxana fonduna yeni daxil edilmiş bir sıra nəşrlər, bir-birindən maraqlı əsərlər də sərgilənib. Sərginin təşkil edilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə Nizami Gəncəvinin zəngin irsini təbliğ etmək, kitaba maraq və sevgi aşılamaq, onları kitabxanalara cəlb etmək və asudə vaxtlarını kitab oxuyaraq daha səmərəli keçirmələrinə dəstək olmaqdır.
    Sərginin keçirildiyi müddət ərzində xeyli sayda oxucu sərgidə nümayiş olunan yerli və xarici ədəbiyyatla tanış olub, maraq dairələrinə uyğun kitablara abunə yazılıblar.
   Sərgidə Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin xanəndələrinin və X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında Nizami Gəncəvinin şerlərindən ibarət musiqili ədəbi kompozisiya nümayiş etdirilmişdir.     Tədbir şairin sözlərinə yazılmış “Sənsiz” romansının sədaları altında kitab sərgisinə baxışla yekunlaşdırıldı.

Keçidlər