Şriftin ölçüsü :

Saytın rəngi :

5 iyun - "Su təsərrüfatı və meliorasiya işçiləri günü"dür

05 iyun 2021 | 16:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilmişdir.  Belə bir əlamətdar günün təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi  qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
Ölkə başçısının rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində ölkəmizdə mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilir.
Ölkə Prezidentinin imzaladığı sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində təqdirəlayiq işlərin görülməsi bunun bariz nümunəsidir. Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da uğurla icra olunur.
Rayonumuzun məskunlaşdığı Biləsuvar rayonu ərazisində 4112 hektar, rayonun Cocuq Mərcanlı kəndində isə 417 hektar suvarılan sahə vardır. Cari ildə əkin sahələri 1800 hektar taxıl, 2007 hektar yem bitkiləri, 27 hektar tut bağları, 20 hektar pambıq, 10 hektar şəkər çuğunduru və  665 hektar isə həyətyanı sahələrdən ibarətdir. Bundan əlavə Füzuli rayonun Mirzənağılı və Qazaxlar kəndlərində də 280 hektar sahəni suvarma suyu ilə təmin edirik. Bütün sahələrin suvarılması  4 ədəd elektriklə işləyən nasos stansiyalar vasitəsilə aparılır.
     2021-ci il vegetasiya suvarma mövsümünün daha da keyfiyyətli aparılması üçün bütün nasos stansiyalarda  nasos aqreqatlarının işçi hissələri bütünlüklə yenisi ilə əvəz olunmuş və cari təmir işlər aparılmışdır. 2 saylı nasos stansiyanın 1650 metr təzyiqli dəmir boru xətti polietilen borularla əvəz olunmuşdur. Kanal və kollektorlar lildən təmizlənmiş, təmirə ehtiyacı olan hidrotexniki qurğular cari təmir olunmuşdur. Hazırda bütün aqreqatlar, maşın və mexanizmlər saz və işlək vəziyyətdədir.
2019-cu ildə 5 qəsəbənin daxili şəbəkə və magistral su xətti polietilen boru ilə yenilənmişdir. Əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün bu gün rayon ərazisində 17 ədəd subartezian quyusu sakinlərinin ixtiyarındadır ki, bu da əhalinin içməli suya olan tələbatını ödəmək üçün böyük əhəmiyyət daşıyır.
    Azərsu ASC-nin 4 №-li Regional Sukanal idarəsinin Cəbrayıl rayonu Sukanal sahəsi Biləsuvar rayonu ərazisində yerləşən 11 qəsəbə üzrə 4456 abonentə 16781 nəfərə, Cocuq Mərcanlı kəndində isə 150 abonentə 532 nəfərə ümumilikdə 4606 abonentə və 17313 nəfərin içməli suya olan tələbatını ödəmək üçün xidmət göstərir. Sahənin balansında ümumi tutumu 9200 m3 olan 14 mövcud su anbarı vardır. 11 nasosxana binasında 40 nasos aqreqatından istifadə olunur. Sahənin magistral su xətti 55,5 km daxili su xəttinin uzunluğu isə 98,06 km olub, 24 yanğınsöndürmə hidrantı mövcuddur.
   Peşə bayramı münasibəti ilə su təsərrüfatı və meliorasiya işçilərini təbrik edirik. Suyumuz həmişə gəlsin.

Keçidlər