Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Dəmir Yumruq” filmi nümayiş olundu

22 aprel 2021 | 16:00

Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda Silahlı Qüvvələr tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları zamanı ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri qəhrəmanlıq nümunələri göstərib, döyüşlərdə milli vəhdət şəklində cəsarətlə iştirak ediblər.
    Azərbaycanın cənubunda, şimalında, şərqində və qərbində yaşayan azsaylı xalqların gənclərinin Vətən müharibəsində iştirakından, onların torpaqlarımız uğrunda Vətənin çağırışına necə sevgi ilə cavab verdiklərindən bəhs edən "Dəmir Yumruq” adlı sənədli filmi Real TV-nin təşkilatçılığı ilə lentə alınıb.
    22 aprel 2021-ci il tarixdə Cəbrayıl rayonunda xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla sözügedən sənədli film nümayiş olunub.

 


 

Keçidlər