Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus (COVİD-19) infeksiyası əleyhinə əhalinin vaksinasiya prosesi davam edir

15 aprel 2021 | 16:00
   Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bütün ölkə ərazisində olduğu kimi Cəbrayıl rayonunda da əhalinin  vaksinasiyadan keçməsi prosesi  uğurla davam edir. Cəbrayıl sakinləri vaksinasiya prosesini vətəndaşların sağlamlığı üçün vacib olduğunu nəzərə alaraq xüsusi fəallıq və mütəşəkkillik nümayiş etdirirlər. Vaksin olunan vətəndaşlar Koronavirus (COVİD-19) əleyhinə vaksinin ölkəyə gətirilməsi və əhalinin müxtəlif yaş qrupları üçün əlçatanlığını təmin etdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.  
   Qeyd edək ki, 15 aprel 2021-ci il tarixə kimi Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə və Cocuq Mərcanlı kəndi üzrə ümumilikdə 4254 COVİD-19 infeksiyasına qarşı vaksin edilib ki, 
Onlardan 1065 nəfəri 65 yaşdan yuxarı, 2277 nəfəri 50-65 yaş arası, 549 nəfəri 50 yaşadək və 363 nəfəri isə 40 yaşdan aşağı olan şəxslərdir. 
   Vətəndaşlarımıza sağlamlıq arzusu ilə ...
 
 
 
Keçidlər