Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 22 yaşı olardı

12 aprel 2021 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində canından keçən qəhrəman  Vətən övladlarından biri Cavadov  Mahmud  Heydər  oğlunun aprel ayının 13-cü doğum günüdür.  Əslən Cəbrayıl şəhərdən olan Mahmud 13  aprel 1999-cu  ildə, Bakı  şəhərində  anadan  olmuşdur. 2005-2016-cı  illərdə  Yasamal  rayon,  A.Ağaverdiyev  adına  31  nömrəli  tam orta məktəbdə təhsil almışdır. 2016-2020-ci  illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnmişdir. 2020-ci  ildə  həqiqi hərbi xidmətə çağırılmışdır.  Hərbi xidmətini Goranboy rayonunda keçirmişdir. İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən Mahmud Cavadov 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olmuşdur.  İkinci  Fəxri  Xiyabanda dəfn  edilmişdir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cavadov Mahmud Heydər  oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər