Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 19 yaşı olardı

09 aprel 2021 | 16:00

      Aprel ayının 10-u 44 günlük Vətən müharibəsində canından keçən igid oğullarımızdan biri olan Ataşov Asif Kərim oğlunun doğum günüdür.   O, 10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Asif Ataşov Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında, 01 oktyabr 2020-ci il tarixdə Tərtər rayonu Dəmirçilər kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi. Xırdalan şəhər Şəhidlər məzarlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Ataşov Asif Kərim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Ağdamın azad olunmasına görə", "Xocavəndin  azad olunmasına görə" və "Suqovuşanın  azad olunmasına görə"  medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər