Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizin xatirəsi yad edilib

15 mart 2021 | 16:00
    12-13 mart 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Cəbrayıl rayonunun Alıkeyxalı, Daşkəsən və Məzrə kəndlərindən olan Rüstəmov Vüsal Valeh oğlu,  Hüseynov Elxan Maarif oğlu və Xəlilov Ruhin Müzəffər oğlunun doğum günləri münasibətilə Sulutəpə qəsəbəsindəki şəhidlər xiyabanında, Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə qəbiristanlığının Şəhidlər məzarlığında, II Fəxri Xiyabanda anım tədbirləri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra  canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq  xatirələri bir  dəqiqəlik sükutla yad edilmişdir.
    Sulutəpə qəsəbəsindəki Şəhidlər xiyabanında, II Fəxri Xiyabanda Milli Məclisin üzvü Ceyhun Məmmədov, rayon İcra  Hakimiyyəti  başçısının birinci müavini Arif Fərzəliyev və 3 saylı qəsəbə qəbiristanlığının Şəhidlər məzarlığında isə rayon İcra  Hakimiyyəti  başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva çıxış edərək bildirmişlər ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident  İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış  və 44 gün davam edən  müharibə  rəşadətli  Ordumuzun qələbəsi ilə başa çatmışdır.  Natiqlər qeyd etmişlər ki,  Vətən müharibəsində Cəbrayıl  rayon  sakinləri  də fəal iştirak etmiş, 23 nəfər cəbrayıllı döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək  şəhidlik  zirvəsinə ucalmışlar. Tədbirdə müharibədə iştirak edərək qəhrəmanlıq göstərən  şəhidlərimizin  döyüş yolu barədə iştirakçılara ətraflı məlumat verilmişdir.  Şəhidlərin valideynlərinə  və  ailə  üzvlərinə başsağlığı verərək,  belə qəhrəman övlad böyütdükləri üçün  minnətdarlıqlarını bildirmiş natiqlər, məhz bu övladların igidliyi, qəhrəmanlığı, şücaəti  nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu bir daha tədbir  iştirakçılarının diqqətinə  çatdırılmışlar.
   Şəhidlərin   valideynləri övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini, Şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  Azərbaycan  Respublikasının Prezidenti  Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. 
Sonda Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin şagirdləri şerlər səsləndirmişlər.
   Sulutəpə qəsəbəsindəki şəhidlər xiyabanında tədbir isə Rüstəmov Vüsal Valeh oğlunun adının əbədiləşdirilməsi üçün yaşadığı evin qarşısında inşa olunan "Xatirə bulaq kompleksinin" açılış mərasimi ilə başa çatmışdır. 
 
 
 
 
 
 
 
 
Keçidlər