Şriftin ölçüsü :

Saytın rəngi :

“Tərəqqi” medalı təqdim edildi

09 fevral 2021 | 16:00
       Cəbrayıl rayon İcra hakimiyyəti başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Lazımov Elman Telman oğlu   Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
   Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov medalı E.Lazımova təqdim edərək onu təbrik edib və bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb. İcra başçısı bildirib ki, bu medal sizin səmərəli fəaliyyətinizə verilən yüksək qiymətlə yanaşı, dövlətə və dövlətçiliyə sədaqətinizin bariz nümunəsidir.
  Tədbirdə çıxış edən E.Lazımov əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
 
Keçidlər