Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” xüsusi əhəmiyyətə malikdir

08 fevral 2021 | 16:00

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin bütün sahələrdə sürətli inkişafına təkan verən vəzifələrin müəyyən olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycanın sosial-iqtisadi inkişafının Vətən müharibəsindən sonrakı dövrdə yaranmış yeni şərtlərə uyğun başlıca istiqamətlərini özündə ehtiva edir.
Sənəddə müəyyən olunmuş prioritetlərin iqtisadi münasibətlər sisteminin dayaqlarının gücləndirilməsinə stimul verəcək, əhalinin sosial rifahının daha da yaxşılaşmasına imkan yaradacaq: “Vətən müharibəsindən sonra regionda tamamilə yeni iqtisadi imkanlar yaranıb. Azərbaycanın əldə etdiyi qələbə, nəticə etibarilə, həm də Cənubi Qafqazın tarixində yeni bir dövrün başlaması üçün unikal imkanlar formalaşdırıb. Yaranmış yeni situasiya həm də qarşıya yeni vəzifələr qoyur. Təsdiq olunmuş sənəd bu vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan yaradacaq”.
Müəyyən olunmuş prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdışın xüsusi tarixi və siyasi əhəmiyyəti var. Çünki 30 ildə yaxın Ermənistanın işğalı altında qalan rayonların ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda, beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək: “Azərbaycan dövlətinin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşma səviyyəsinin işğala qədərki səviyyəyə çatdırmaqdan ibarətdir. Buna nail olmaq üçün bütün imkanlar, o cümlədən iqtisadi potensial və insan resursları mövcuddur. Ən əsas amil isə bundan ibarətdir ki, bizim vətəndaşlarımız, biz keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirik. Azərbaycan xalqı üçün, dövləti üçün bu torpaqlara qayıdış həm siyasi, həm mənəvi-psixoloji, həm də iqtisadi baxımdan müstəsna əhəmiyyətə malikdir”.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapmış müddəalar uğurla icra ediləcək. Bu gün Azərbaycanda mövcud olan milli həmrəylik, dövlət və xalq arasında qarşılıqlı etimad istənilən vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan yaradır.

  Həzi Aslanov
Cəbrayıl rayon İ.Quliyev adına B.Mərcanlı
kənd tam orta məktəbin tarix müəllimi
 

Keçidlər