Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan və Türkmənistan hökumətləri arasında memorandum imzalanmışdır

07 fevral 2021 | 16:00

Azərbaycanın beynəlxalq arenadakı nüfuzu yüksəlməkdə davam edir. Azərbaycan ən uğurlu siyasi və iqtisadi sazişlərə imza atır. Dünyanın bir çox nüfuzlu ölkələri Azərbaycanla iqtisadi sazişlər imzalayıb öz iqtisadiyyatlarını inkişaf etdirmək istəyirlər. Bunun səbəbi Azərbaycanın siyasi və iqtisadi cəhətdən etibarlı, güvənilir ölkə olmasıdır.

Belə uğurlu sazişlərdən biri 21.01.2021-ci il tarixində Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında anlaşma memorandumunun imzalanması oldu. Bu sazişin imzalanması Azərbaycan və Türkmənistan dövlətlərinin münasibətlərinin dostluq və qardaşlıq ruhunu daha da möhkəmləndirir.

Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlaması qardaşlığın bariz nümunəsidir.

Bu sazişin imzalanması ilə  Xəzər ölkələrimizi və xalqlarımızı bir daha birləşdirdi. İki dövlətin atdığı bu addım, Xəzərin mehriban qonşuluq və əməkdaşlıq dənizi olduğunu göstərdi.

Bu əməkdaşlıq ölkələrimizə böyük nemətlər verən, nadir su hövzəsi olan Xəzərin birgə qorunmasına xidmət edecək. Xalqlarımızın gələcəyi naminə edilən əməkdaşlıq, ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir.

Türkmənistan Azərbaycanın vasitəsilə əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Azərbaycan bu addımı ilə Türkmənistana böyük iqtisadi imkanlar yaradır və ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir.

Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər.

Hasil olunacaq qazın Azərbaycana və TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq. Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təminatında etibarlı dövlətə çevriləcək.

Ölkəmizdə əldə olunan siyasi sabitlik bu cür uğurlu layihələrin və sazişlərin imzalanmasına gətirib çıxarır. Respublikamızda əldə olunan siyasi sabitlik xarici şirkətlərin inamla ölkəmizə böyük investisiyalar yatırmasına səbəb olur.

 

Etiram Dadaşlı

Cəbrayıl rayon İ.Tahirov adına

Mehdil kənd tam orta məktəbin müəllimi

Keçidlər