Şriftin ölçüsü :

Saytın rəngi :

Həmyerlimiz “Zəfər” ordeni ilə təltif olunmuşdur

06 yanvar 2021 | 16:00

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunurlar.
Bu təltiflər Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqi olmaqla yanaşı həm də hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Təltif olunanlar arasında həmyerlimiz, Silahlı Qüvvələrinin hərbi qulluqçusu Polkovnik-leytenant Mustafayev Bəxtiyar Əli oğluda var.
Qəhrəman zabitimiz “Zəfər” ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin  azad olunmasına görə" və  "Qubadlının azad olunmasına görə" medalları ilə təltif  edilmişdir.
Bu yüksək ada layiq görülən və hazırda xidmətini davam etdirən zabitimizə can sağlığı, uğurlar və yeni qələbələr arzulayırıq.

 

Keçidlər