Şriftin ölçüsü :

Saytın rəngi :

Yüksək bal toplayan məzunlarla görüş keçirilib

19 sentyabr 2020 | 16:00

Cəbrayıl rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı və Cəbrayıl rayon Təhsil şöbəsi Cəbrayıl rayon D.Qurbani adına Soltanlı kənd tam orta məktəninin akt zalında 2020/2021-ci tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla karantin rejiminin şərtlərinə uyğun şəkildə görüş keçirib.

Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başcısının birinci müavini və YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Məmmədli və digərləri qəbul imtahanlarında yüksək bal toplayan məzunları, onların valideynlərini və bu işdə böyük əməyi olan məktəb kollektivlərini təbrik edərək onlara təhsildə, elmdə, ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ölkəmizdə gənclərə geniş imkanlar yaradıldığını bildirərək bunun təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulamışdır.

Sonda qəbul imtahanlarında yüksək bal toplayan məzunlara qiymətli hədiyyələr təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.

Keçidlər