Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir

06 iyul 2020 | 16:00

Koronavirus (COVİD-19) infeksiyasının  ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və həmin tələblərə əməl olunması üçün Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən tədbirlər davam etdirilir.
  02 iyul 2020-ci il tarixində rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri, hüquq mühafizə orqanları ilə birgə rayon ərazisində fəaliyyət göstərən topdan və pərakəndə qida məhsullarının satış obyektlərində, ictimai-iaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində reyd keçirərək tətbiq olunan qaydalara ciddi riayət edilməsi, işçi heyətlə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maskadan istifadə olunması tövsiyə olunmuşdur.
   Hazırda mobil qruplar sakinlərlərlə dəfn mərasimləri istisna olunmaqla yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya riayət edilməsi, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi barədə marifləndirici söhbətlər aparır, müəyyən edilmiş qaydalara riayət etməyən vətəndaşlar barəsində tədbir görüləcəyi xəbərdarlıq edilir.
  

 

 

 

 

Keçidlər