Şriftin ölçüsü :

Saytın rəngi :

Taxıl sahələrinin 75 faizində biçin yekunlaşıb

18 iyun 2020 | 16:00

Bu il Cəbrayıl rayonunda 1550 hektar buğda, 700 hektar arpa sahəsi olmaqla ümumilikdə 2250 hektar sahədə taxıl əkini aparılmışdır.
     May ayının sonunda taxıl sahələrində biçinə başlanmış, bu günədək 1708 hektar ərazidə taxıl biçini aparılmışdır. Biçini başa çatdırılmış sahələrdən 668 hektarı arpa, 1040 hektarı isə buğda sahəsidir. Biçilmiş sahələrdən ümumilikdə 5836 ton taxıl istehsal edilmiş, hər hektara orta məhsuldarlıq 34.16 sentner olmuşdur.
      Rayon üzrə taxıl biçininə 9 kombayn cəlb olunub. Bunlardan 2-si “Aqrolizinq” ASC-nin balansında olan kombaynlar, 5-i fiziki şəxsə, 2-si isə "Aqrolizinq" ASC-nin biçində iştirak edən dislokasiya olunmuş kombayndır.
“Aqrolizinq” ASC-nin kombaynları ilə 760 hektar, fiziki şəxslərdə olan kombaynla isə 948 hektar sahə biçilmişdir.
     Hazırda rayonda taxıl biçini davam etdirilir.

 

Keçidlər