Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşü keçirilib: - Azərbaycan qlobal həmrəyliyi dəstəkləyir

13 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir. Bu, “COVID-19” virusu yayılmağa başlayandan bəri Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında keçirilən ikinci Zirvə görüşü idi. İlk belə videokonfrans aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəhbərlərinin iştirakı ilə keçirilmişdi. Bu online müzakirənin də əsas mövzusu yeni növ koronavirus idi.
     Keçirilmiş hər iki Zirvə görüşü göstərdi ki, Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağrışlarına dəstək verir,  ölkəmizin beynəlxalq nüfuzunu da artırmaqda davam edir. Azərbaycan Prezidentinin irəli sürdüyü bu cür çağırışlar dünyada Azərbaycan xalqı və dövləti barədə müsbət imic yaradır. Çünki dünya hazırda “COVID -19” xaosunun içərisindədir. Hər bir dövlət öz daxili imkanları hesabına pandemiya ilə mübarizə aparmağa çalışır. Azərbaycan isə dünyaya, bu bəlaya qalib gəlməyin tək yolunun birləşmək, həmrəy olmaq,  birlikdə mübarizə aparmaq olduğunu nümayiş etdirir.
     Xüsusilə qeyd etmək lazımdır ki, Qoşulmama Hərakatına 120 ölkə daxildir və bu da dünyanın təqribən üçdə iki hissəsi deməkdir. Yəni Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünyanın üçdə iki hissəsi pandemiyaya qarşı birlik, həmrəylik nümayiş etdirir. Həmçinin Qoşulmama Hərakatının tarixində ilk dəfə Avropa İttifaqı rəsmisi bu təşkilatın zirvə toplantısında iştirak etmiş və nitq söyləmişdir.  Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulma Hərəkatı ilə Avropa İttifaqını koronvirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Bu məqam Azərbaycan Prezidentinin həm regionda, həm Şərqdə, həm də Avropadakı nüfuzunun bir daha artırdığını göstərir.
    Sadalanan faktlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzu daim artır və  ölkəmiz qlobal həmrəyliyi dəstəkləyir.

 

Keçidlər