Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllı kümdarlar bu il də barama istehsalını artırmağı qarşıya məqsəd qoyublar

06 may 2020 | 16:00

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində aqrar sahə hazırda prioritet sahələrdən biridir. Yüksək əmək tutumu olan bu sahənin inkişafı əhalinin məşğulluğu  baxımından da çox önəm kəsb edir. Ulu Öndərimiz Heydər Əliyevin Ölkəyə rəhbərliyi dövründə 70-80-cı illərdə inkişafının pik nöktəsinə çatmış, Aqrar Sektorun ənənəvi sahələrindən olan baramaçılıq, pambıqçılıq və tütünçülüyün yenidən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq Ölkə Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı” qəbul edilmişdir.
    Dövlət Proqramının icrası istiqamətində rayonomuzada  da ardıcıl tədbirlər həyata keçirilir. Hələ rayonun işğalından  əvvəl baramaçılıq  əhalimizin əsas məşğuliyyət sahələrindən  biri olmuşdur. Kümdarlarimizin  bu sahədə səriştəliliyi və təcrübəsi rayonda barama istehsalının 280 tona qədər çatdırılmasına şərait yaratmışdır. Ölkə Prezidentinin təçəbbsüsü və birbaşa dəstəsi ilə ipəkçiliyin yenidən inkişaf etdirilməsi əhalimiz tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.
    Belə ki, 2016-ci ildən başlayaraq rayonda baramaçılığın inkişafı üçün yem bazasının yaradılması işlərinə başlanılmışdır. Son 3 ildə Çin Xalq respublikasından 67500 min ədəd, yerli istehsaldan 77000 ədəd olmaqla ümumilikdə 144,5 min ədəd tut tinginin əkilməsi təmin edildi və bitkilərə aqrotexniki qulluq işləri göstərilir. Hazırda əkilmiş tinglərin əksəriyyəti bar vermək mərhələsindədir. 2017-ci ildən başlayaraq kümdarlarimiz tərəfindən barama istehsalına başlanılmışdır. 2017-ci ildə 90 kq, 2018-ci ildə 1500kq, 2019-cu ildə 5000 kq yaxın barama istehsalına nail olunmuşdur.
    Cari ildə də rayonda barama istehsalının daha da artırılması istiqamətində işlər davam etdirilir. Belə ki, 05 may tarixində Qax Damazlıq İpəkçilik Stansiyasında 125 qutu ipək qurdu gətirilərək 110 kümdar arasında paylanılmışdır. Hazırda kümdarlarımız tərəfindən bəslənilən ipək qurdlarına mütəxəssislərimiz tərəfindən vaxtaşırı baxış keçirilir, onlara lazımi tövsiyyələr verilir.
    Cari ildə kümdarlarımız tərəfindən 5 ton barama istehsalı proqnozlaşdırılır.Baramaçılarımız tərəfindən ötən illər  bu sahədən xeyli  vəsait qazanmaları onların bu sahəyə marağının artırmaqdadır. Gələcəkdə baramaçılığın  daha da inkişafı əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Keçidlər