Şriftin ölçüsü :

Saytın rəngi :

Aztəminatlı ailələrə ərzaq yardımı edilib

18 aprel 2020 | 16:00

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən atılan zəruri addımlara və həyata keçirilən təxirəsalınmaz tədbirlərə ölkə ictimaiyyəti tərəfindən də geniş dəstək verilir.
    Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar, dövlət və özəl qurumlar, qeyri-hökumət təşkilatları, sahibkarlar könüllü olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürmək, aztəminatlı ailələrə, yaşlı şəxslərə baş çəkmək və onların zəruri ehtiyaclarının ödənilməsinə dəstək göstərməklə dövlətin apardığı kampaniyada fəal iştirak edirlər.
   Cəbrayıl rayonunda da bu cür tədbirlər mütəmadi olaraq həyata keçirilir.
   Növbəti belə bir tədbir zamanı Cəbrayıl Rayon İcra Hakimiyyəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları Cəbrayıl rayonundan olan  şəhid ailələri, tənha yaşayan ahıllar və bu kateqoriyadan olan ümumilikdə 60 aztəminatlı ailəni ziyarət edib və onlara gündəlik ərzaq məhsullarını təqdim ediblər.

 

 

 

 

 

 

 

Keçidlər