Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda koronavirus (COVID-19) infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir

27 mart 2020 | 16:00

Dünyanı cənginə alan koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün kompleks şəkildə profilaktik tədbirlər görülür. Aparılan tədbirlər fonunda  epidemiya ilə bağlı rayon ərazisində olan qəsəbələrdə və Cocuq Mərcanlı kəndində də sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir, təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir. Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə inzibati binalarda, məktəblərdə, uşaq bağçalarında, rayonun idarə və müəssisələrində, 4 saylı qəsəbədə yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstirahət  parkında, “Şəhidlər” abidə kompleksində, 1-11 saylı qəsəbələrin ara yollarında, vətəndaşların giriş qapılarında, iaşə obyektlərində, tibb məntəqələrində, avtobus dayanacaqlarında dezinfeksiya işləri aparılır.
    Bundan əlavə, koronavirusla bağlı təbliğat-təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə də tədbirlər görülür. Əhali Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları haqqında məlumatlandırılır və  Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri bildirilir.
    Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tövsiyə olunur.
    Xəstəliyə yoluxma hallarına yol verilməməsi və qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün xidməti ərazimiz olan qəsəbələrdə və rayonun Cocuq Mərcanlı kəndində dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.

 

 

 

 

 

 

 

 


 

 

 

Keçidlər