Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyətində vətəndaşların qəbulu onlayn şəkildə həyata keçiriləcəkdir

17 mart 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, respublika ərazisində  virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə Cəbrayıl rayon İcra hakimiyyətində vətəndaşların fərdi qəbulu martın 17-dən, müvəqqəti olaraq, onlayn şəkildə keçiriləcəkdir.
  Vətəndaşlar Cəbrayıl rayon İcra hakimiyyətinin Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbədə yerləşən aparatına (026 384 40 77) və Bakı şəhərində fəaliyyət göstərən rayon Qərərgahına (012 567 31 95) telefon nömrələrinə zəng etməklə və ya mail@cabrail-ih.gov.az elektron poçt ünvanına yazmaqla müraciət edə bilərlər.

Keçidlər