Şriftin ölçüsü :

Saytın rəngi :

“Əbədi yaşayanlar” adlı tədbir keçirilmişdir

26 dekabr 2019 | 16:00
      26 dekabr 2019-cu il tarixdə 4 saylı qəsəbə klubunda Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əbədi yaşayanlar” adlı anım tədbir keçirilmişdir.
      Tədbir 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksini ziyarət etməklə başlamış, sonra 4 saylı qəsəbə klubunda davam etdirilmişdir.
      10 aprel 1997-ci ildə şəhid omuş 7 kəşfiyyatçının şərəfli ömür yolundan bəhs edən tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlər haqqında “Səkkiz oğul istərəm” sənədli filmi nümayiş olunmuşdur.
     Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının, o cümlədən 10 aprel 1997-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuş igid kəşfiyyatçılar Elxan Ağayev, Vüqar Yarəhmədov, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov, Anar Rzayev və hazırda yaşayan Aqil Əhmədovun mənalı həyat yolundan söhbət açmışdır.
      Tədbirdə iştirak edən “Ədəbi yaşayanlar” kitabının müəllifi, “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin rəhbəri Jalə Cəfərova qələmə aldığı kitab haqqında məlumat verərək kitabın təqdimatını etmişdir.
      Təbirin sonunda şagirdlərin ifasında “Vətən, Qarabağ, Şəhidlər” mövzusunda kompazisiya səsləndirilmişdir.
     Anım tədbirində 7 kəşfiyyatçı şəhidin anaları, ailə üzvləri, hazırda yaşayan igid kəşfiyyatçı Aqil Əhmədov, Qarabağ müharibəsi qaziləri, veteranlar, qəsəbələrdə fəaliyyət göstərən ümümtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak edirdi.
 
 
 
 
 
 
 
 
Keçidlər