Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” qeyd edilmişdir

09 noyabr 2019 | 16:00
    9 noyabr “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar rayonun təhsil və mədəniyyət müəssisələrində inşa, rəsm müsabiqələri, sərgilər və digər müxtəlif ədəbi-bədii tədbirlər  həyata keçirilmişdir.
   Tədbirlərin yekunu olaraq 08 noyabr 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 7 saylı qəsəbədə fəaliyyət göstərən İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbində qəsəbələrdə fəaliyyət göstərən rayon məktəblərinin müəllim və şagirdlərinin  iştirakı ilə "Sevirəm bayrağını, öpürəm torpağını!"  adlı tədbir keçirilmişdir.
    Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini Fəridə xanım İbayeva çıxış edərək  bayram münasibəti ilə tədbir işrirakçılarını salamladı, “Bayraq Günü”nün yaranma tarixi haqqında məlumat verdi. 
    Sonda rayon məktəblilərinin hazırladıqları dövlət bayrağına həsr eilmiş şer və kompazisiyalar nümayiş etdirildi.
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər