Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçilərinin peşə bayramı qeyd edilib

01 oktyabr 2019 | 16:00

Cəbrayıl rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd edildi.
    Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri,  rayon Prokurorluğunun əməkdaşları iştirak edirdilər.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad etdilər.
    Cəbrayıl  rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov çıxış edərək  prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi.
    İcra başçısı qeyd etdi ki, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti artıq öz bəhrəsini verib. Azərbaycan Respublikası digər sahələrlə yanaşı, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib.
    Rayon Prokuroru Ramiz Əliyev çıxış edərək tədbirin keçirilməsinə görə rəhbərlik etdiyi kollektiv adından dərin minnətdarlığını çatdırıb.
    Sonda rayon prokurorluğuna İcra Hakimiyyəti Başçısının təbrik məktubu təqdim edilib.

 

Keçidlər