Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlıda “Uşaq ürəkləri Qarabağda döyünür” devizi altında humanitar aksiya keçirilib

04 iyun 2019 | 16:00

    Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Dövlət Gömrük Komitəsi Tibb İdarəsinin təşəbbüsü ilə iyun ayının 1-dən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində humanitar aksiyaya start verib.
    Aksiya çərçivəsində Cocuq Mərcanlıya ezam olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalında Mərkəzi Gömrük Hospitalın peşəkar həkimləri  kənddə yaşayan uşaqların pulsuz kardioloji müayinəsini həyata keçiriblər.
    Milli Məclisin deputatı, Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, həkim-kardioloq, tibb elmləri doktoru Rəşad Mahmudovun rəhbərliyi ilə  azərbaycanlı və Türkiyədən gəlmiş həkimlərin qatıldığı aksiya 3 gün davam edib.
     Aksiya çərçivəsində, həmçinin "Uşaq xəstəlikləri diaqnostika və müalicəsində yeniliklər" adlı Beynəlxalq Pediatrik Elmi Konfrans keçirilir.

 

 

 

 

Keçidlər