Şriftin ölçüsü :

Saytın rəngi :

UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

22 may 2019 | 16:00

     UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının kubokunu görmək imkanı yaradan kubok turu keçirib. Kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva və Parisi əhatə edib. Kubokun son dayanacaq məntəqəsi isə final oyununun keçiriləcəyi Azərbaycan olub.
     UEFA Avropa Liqasının kuboku ölkəmizin bölgələrində də nümayiş olunur. Belə ki, Avropa Liqasının kuboku Gəncə şəhərindən sonra may ayının 21-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gətirilib. Avropa Liqasının kubokunu yaxından görmək və şəkil çəkdirmək istəyən kənd sakinləri, futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, “Qarabağ” klubunun və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.
     Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlar, futbol üzrə ustad dərsləri və digər əyləncələr kənd sakinləri tərəfindən maraqla qarşılanıb.

 

 

 

 

 

 

 

 

 

Keçidlər