Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı Faciəsi”nin iyirmi yeddinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

26 fevral 2019 | 16:00
     Xocalı faciəsinin iyirmi yeddinci  ildönümünün keçirilməsi ilə bağlı Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
     Faciənin ildönümü ilə əlaqədar rayonda fəaliyyət göstərən  bütün idarə və təşkilatlarda, rayon əhalisinin daha sıx məskunlaşdığı yaşayış məntəqələrində, təhsil və  mədəniyyət müəssisələrində anım tədbirləri, konfrans və mühazirələr təşkil edilmiş,  ümumtəhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
     Keçirilən tədbirlərin yekunu olaraq 26 fevral 2019-ci il tarixdə 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində  Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.
    Rayon İcra hakimiyyətinin, idarə və müəssisələrin kollektivlərinin, icimaiyyətin nümayəndələrinin iştirak etdiyi ümumrayon tədbirində şəhidlərin ruhuna dualar oxunmuş, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının abidələri önünə gül-çiçək dəstələri düzülərək, ruhları ehtiramla yad edilmişdir.
 
 
 
 
 
Keçidlər