Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İsgəndər Tahirovun döğüm günü ilə əlaqədar tədbir keçirilmişdir

02 fevral 2019 | 16:00
       Fevral ayının 1 –də Cəbrayıl rayon şəhid İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbində şəhidin döğum günü ilə əlaqədar tədbir keçirilmişdir.
     Tədbir  iştirakçıları əvvəlcə  4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” abidə kompleksi önünə gül-çiçək dəstələri qoyaraq, torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən övladlarının ruhlarını ehtiramla yad etdilər.
     Şəhidin adını daşıyan Cəbrayıl rayonun Mehdili kənd tam orta məktəbində davam etdirilən tədbirdə Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul işçiləri, Təhsil şöbəsinin rəhbərliyi, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyətin nümayəndələri iştirak edirdi.
      Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbiri  şair-publisist Hidayət  Səfərli açaraq şəhidin keçdiyi həyat yolu haqqında tədbir iştirakçılarına məlumat verdi. 
       Qeyd edildi ki, şəhid İ.Tahirov 07 fevral 1973-cü ildə Cəbrayıl rayonunun  Mehdili kəndində anadan olub. Mehdili kənd tam orta məktəbini bitirdikdən sonra 1991-ci ilin may ayında hərbi xidmətə göndərilib. Rusiyanın İvanovo vilayətində keçmiş sovet ordusu sıralarında raket qoşunlarında hərbi xidmət keçib. 1992-ci ilin mart ayında hərbi xidmətini yarımçıq qoyaraq doğma vətəninə qayıdıb və könüllü olaraq ordu sıralarına yazılıb. 31 dekabr 1992-ci ildə döyüşdə qəhrəmancasına şəhid olub.
      Tədbirdə çıxış edən  Cəbrayıl rayon  İcra hakimiyyətinin başçısı  Kamal  Həsənov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, azərbaycan əsgərinin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan danışdı, işğal altında olan torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına əminliyini ifadə etdi.
       Sonra  Qarabağ Əlilləri,Vetranları və Şəhid Ailələri  cəmiyyətinin  rayon bölməsinin sədri Səbuhi Hüseyinov, Təhsil şöbəsinin müdiri   Zamiq  Qurbanov və digər çıxış edənlər torpaqlarımızın ərazi bütövlüyü üğrunda gedən döyüşlərdə  ordumuzun  göstərdiyi  qəhramanlıqlardan danışdılar, bu cür tədbirlərin gənc nəslin  hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynadığını qeyd etdilər.
      Tədbirdə çıxış edən  şəhidin atası   Kamal Tahirov ölkə başçısına  şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bıldirdi. 
      Tədbir məktəblilərin hazırladığı kompozisiyanın nümayişi  ilə başa çatdı. 
 
 
 
 
 
 
 
Keçidlər