Şriftin ölçüsü :

Saytın rəngi :

İtaliyanın media nümayəndələri Cocuq Mərcanlıya səfər edib

31 yanvar 2019 | 16:00

    Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə 25-29 yanvar 2019-cu il tarixlərdə İtaliyanın “Askanews” xəbər agentliyinin, “İl Messaggero” qəzetinin, “Radio Radicale” radiosunun və “Agenza Nova” İnformasiya agentliyinin əməkdaşları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat toplamaq məqsədi ilə  ölkəmizə səfər daxilində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olmuşlar.
    Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov İtaliyalı jurnalistləri qəbul etmiş və işğaldan azad edildikdən sonra Cocuq Mərcanlı kəndində həyata keçirilmiş abadlıq və quruculuq işləri barədə ətraflı  məlumat vermişdir.
     Qeyd olundu ki, 2016-cı  ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyi erməni işğalından azad edilmiş və kənddə insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə kənddə qısa müddət ərzində bütün infrastruktur obyektləri və 150 yaşayış evi tikilmiş, respublikamızın müxtəlif yerlərində müvəqqəti məskunlaşmış sakinlər artıq öz ata-baba yurdlarına qayıdaraq hazırda burada yaşayırlar. Cocuq Mərcanlıya qayıdış işğal altındakı digər ərazilərin də tezliklə azad ediləcəyinə və “Böyük Qayıdış”ın başlanğıcına ümid və inam yaradıb.Rayonun sakinləri öz doğma torpaqlarına qayıtmaq istəyirlər. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməsini, Minsk qrupunun daha fəal və işğalçıya qarşı kəskin mövq tutmasını tələb edirlər.

Keçidlər