Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirilmişdir

28 dekabr 2018 | 16:00

   27 dekabr 2018-ci il tarixdə 4 saylı qəsəbə klubunda  “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”  və “Yeni il”  münasibəti ilə bayram tədbiri keçirilmişdir.
  Bayram tədbirində çıxış edən Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı Kamal Həsənov  rayon əhalisini və yığıncaq iştirakçılarını “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları münasibəti ilə təbrik etdi. 2018-ci ildə  rayonumuzun və ümumilikdə respublikamızın mədəni həyatında baş verən hadisələr, həyata keçirilən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verdi.   
     Bayram tədbirində rayonun  incəsənət üstalarının hazırladığı konsert proqramı nümayiş etdirilmişdir.

Keçidlər