Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Cəbrayıl məktəbliləri növbəti ekskursiyaya yola düşdülər

14 noyabr 2018 | 16:00

 14 noyabr   2018-ci il tarixdə Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində təhsil alan  20 nəfər şagird  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki- Zaqatala  rayonlarına ekskursiyaya  yola salındılar.
      İştirakçılar əvvəlcə Ulu Öndər  Heydər Əliyevin  və “Şəhidlər” abidəsi önünə gül dəstələri düzmüş, onları ehtiramla yad etmişlər.
Yola salınma mərasimində Cəbrayıl rayon icra Hakimiyyəti başçısı Kamal Həsənov, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər  İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak edirdi.
     Mərasimdə  çıxış edən  Cəbrayıl rayon icra Hakimiyyəti başçısı   Kamal Həsənov    maarifləndirici tur-aksiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirildiyini qeyd etdi.  K. Həsənov Ümummilli Lider Heydər Əliyevin qurub – yaratdığı müstəqil Azərbaycanın  nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın  sosial- iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması, irimiqyaslı regional layihələrin uğurla icra olunması, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin  inkişafına göstərdiyi qayğı və dəstək 2016-cı ilin aprel döyüşlərində əldə olunmuş uğurlar, “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması, ölkəmizdə siyasi sabitliyin qorunub saxlanması və.s barədə ətraflı məlumat vermişdir.
    K. Həsənov   səfər  çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini  dərindən öyrənmələrini tövsiyyə etdi və  xoş istirahətlər arzuladı.
      Tur aksiya çərçivəsində şagirdlər  bu rayonların tarixi və görməli yerləri ilə tanış olacaq, bir çox tarixi və mədəniyyət obyektlərinə  ekskursiya edəcəklər.

Keçidlər