Şriftin ölçüsü :

Saytın rəngi :

“5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar məktəb kollektivi ilə görüş keçirildi

06 oktyabr 2018 | 16:00
   Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov oktyabr ayının 5-də Cəbrayıl rayon Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində olmuşdur. 
   Məktəbin müəllim kollektivi ilə görüşən İcra başçısı onları “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə təbrik edərək  işlərində yeni-yeni uğurlar arzuladı.
   Təhsil sahəsində həyata keçirilən islahatlar, təhsilə göstərilən dövlət qayğısı və  rayonumuzun təhsil işçilərinin nəaliyyətləri barədə danışan İcra başçısı son illərdə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlər barədə məlumat verdi.
   Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq Mərcanlının yenidən qurulduğunu, burada insanların təhlükəsiz yaşayışının təmin edildiyini qeyd etdi. Gələcəkdə kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilməsi nəzərdə tutulmuş işlər barədə məlumat verdi.
 
Keçidlər