Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda baramaçılıq ənənələri bərpa olunur

27 iyun 2018 | 16:00

Cəbrayıl rayonunda baramaçılığın qədim ənənləri mövcud olmuşdur. Uzun illər baramaçılıqla məşğul olmuş Cəbrayıl sakinləri tədarük etdikləri baramanın məhsuldarlığına və keyfiyyətinə görə respublikada öncül yerlərdə olmuşlar.
Ölkə başçısının təşəbbüsü ilə Respublikamızda İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Cəbrayıl rayonunda  da kənd təsərrüfatının ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərmişdir.
Bu il ilk dəfə olaraq Qax Damazlıq Baramaçılıq Stansiyasından gətirilmiş 500 qram ipəkqurdu toxumu  rayondan olan olan 33 kümçü arasında paylanılmışdır.
Şəxsi təsərrüfatlarında ipəkqurdu yetişdirən kəndlilər may ayının sonlarında barama tədarükünə başlayıblar. Bu müddət ərzində Şəki İpək ASC-nin nümayəndələri mütəmadi olaraq qəsəbələrə gələrək tədarük olunmuş baramanı kümçülərdən qəbul etmişdir.
Uzun illərdən sonra bu il ilk dəfə ibəkqurdu saxlayan rayon sakinləri ümumilikdə 1 ton 413 kiloqram barama tədarük edərək “Azəripək” MMC-yə təhvil veriblər.

 

Keçidlər