Şriftin ölçüsü :

Saytın rəngi :

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib

09 may 2018 | 16:00

08 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib.

 Səfər zamanı Ombudsman Elmira Süleymanova, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

 Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənovun müşayəti ilə Cocuq Mərcanlı kəndinə gələn Ombudsman kənd sakinləri ilə görüşüb, onların problem və qayğıları ilə maraqlanıb, arzu və təkliflərini dinləyib.

 Şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüşən  Elmira Süleymanova sonra Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə gəlib. Şəhidlərin ruhuna dua oxunub. Məscidə “Qurani-Kərim” və digər kitablar hədiyyə edilib.

Keçidlər