Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun vətəndaşlarla növbəti səyyar qəbul - görüşü Biləsuvar rayonu ərazisindəki 9 saylı qəsəbədə keçirilmişdir

20 aprel 2018 | 16:00

20 aprel 2018-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun Biləsuvar rayonu ərazisindəki 9 saylı qəsəbədə məskunlaşmış Cəbrayıllı məcburi köçkünlərlə səyyar qəbul-görüşü keçirilmişdir.

Görüşdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin  başçısı Kamal Həsənov ölkəmizdə və rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermiş, qəsəbədə məskunlaşmış məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır.

K.Həsənov 11 aprel 2018-ci ildə ölkəmizdə keçirilən Prezident seçkilərinin tam demokratik və şəffaf şəraitdə keçdiyini qeyd edərək, seçkilərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək səs faizi ilə növbəti 7 il müddətinə Prezident seçilməsini dövlət başçısına olan ümumxalq sevgisinin təzahürü kimi qiymətləndirdi. Rayon rəhbəri seçkilərdə fəallıq göstərən Cəbrayıllı seçicilərə minnətdarlığını bildirərək Cəbrayıllılar adından cənab İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibəti ilə təbrik etdi, müstəqil Azərbaycan dövlətinin tərəqqisi və inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzuladı.

Rayon İcra Hakimiyyəti başçısı çıxışında məcburi köçkünlərin mənzil-məişət və sosial rifahının yaxşılaşdırılmasının ölkə başçısı cənab İlham Əliyevin və  Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu qeyd etdi. Bu qəsəbələrin tikilib məcburi köçkünlərimizin istifadəsinə verilməsinin, eyni zamanda qəsəbələrdə mövcud olan qaz, işıq və yol probleminin qısa müddət ərzində öz həllini tapmasının bu diqqətin bariz nümunəsi olduğunu vurğuladı.

Ümumilikdə 68 nəfər məcburi köçkünün iştirak etdiyi görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının, idarə, müəssisə və təşkilatların məsul işçiləri iştirak edirdi.

Səyyar qəbulda 5 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.

Görüşdə iştirak edən rayon sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər