Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir

19 aprel 2018 | 16:00

19 aprel 2018-ci il tarixdə Cəbrayıl rayonunda 2018-ci ilin  birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
    Yığıncaqda  Cəbrayıl rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov tədbirdə  2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı  geniş məruzə ilə çıxış edərək  cari nilin birinci rübü ərzində rayonda görülmüş işlər barədə ətraflı məlumat verdi.
   Çıxışının əvvəlində K.Həsənov  11 aprel 2018-ci il tarixdə ölkəmizdə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində böyük üstünlüklə qələbə qazanaraq yenidən növbəti 7 il üçün  Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevi Cəbrayıl rayon ictimaiyyəti adından təbrik edərək Dövlətimizin daha da güclənməsi və inkişafı uğrunda apardığı yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzuladı.
    Sonra 2018-ci ilin birinci rübündə rayonda görülmüş işlər və həyata keçirilmiş tədbirlər haqqında məlumat verən İcra hakimiyyətinin başçısı qeyd etdi ki, rüb ərzində rayon üzrə Ümumi Məhsul Buraxılışının həcmi  3467 min manat olmuş, ötən ilin müvafiq dövrü il müqayisədə 5 faiz çox olmaqla 2766,5 min manatlıq kənd təsərrüfatı,  458,7 min manatlıq sənaye məhsulu istehsal edilmişdir.
    Rayon əhalisinin sayı ilin əvvəli ilə müqayisədə 201 nəfər artaraq  80110 nəfərə çatmışdır. Əhlinin sayı ötən  müvafiq dövrə nisbətən 989 nəfər və ya 1,2 faiz artmışdır.
    Keçən il rayon üzrə 71.8 hektar sahədə pambıq əkilmiş , bu il isə əkin sahələri genişləndirilərək 90 hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur. Hazırda bütün ərazilər şumlanaraq səpinə hazır vəziyyətə gətirilmiş, əkin işləri davam etdirilir.
    Hazırda rayon üzrə 10587 baş iri buynuzlu, 116728 baş xırda buynuzlu heyvan mövcuddur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzluların sayı 162 baş, xırda buynuzluların sayı 1823 baş artmışdır.
    Cocuq Mərcanlı kəndində 150 ev tikilmiş onlardan 50 evdə yaşayış bərpa edilmişdir. Yaxın günlərdə 100 evə də əhalinin köçürülməsinə başlanacaqdır. Kənddə yaşayan hər bir sakinimiz üçün 25 sot torpaq sahəsi ayrılmış və həmin sahələrin suvarılması üçün Araz çayı üzərindən suvarma şəbəkəsi sistemi tikilərək sakinlərin istifadəsinə verilmişdir. Hazırda kənd əhalisi həyətyanı və pay torpaqlarında yazlıq əkin işləri ilə məşğuldur.
    Qəsəbələrdə məskunlaşmış əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə 4 saylı qəsəbədə “Azərxalça” ASC tərəfindən Cəbrayıl rayon xalçaçılıq müəssisəsinin tikintisinə başlanılmışdır. Müəssisədə 150 nəfər qəsəbə sakinini daimi işlə təmin olunması nəzərdə tutulur.
     Məruzə ətrafında rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Şahin Şirinov, Cəbrayıl Eleltrik şəbəkəsinin müdiri Yusif Həşimov, Dövlətqaçqınkomun MİD-nin qəsəbələr üzrə MKİS-in rəisi Qoşqar Məmmədov, çıxış edərək 2018-cı ilin üç ayında  rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat verdilər.

Keçidlər