Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

12 dekabr 2017 | 16:00

12 dekabr 2017-ci il tarixdə 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümummilli Lider Heydər Əliyevin vəfatının 14-cü  ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

Anım tədbiri zamanı RİHB aparatının məsul işçiləri, Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Mədəniyyət və İstirahət parkında Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyaraq ruhunu ehtiramla yad etdilər.

Sonra Mədəniyyət və İstirahət parkında ümumxalq gəzintisi təşkil olunmuşdur. Tədbir iştirakçıları ümummilli liderlə bağlı xatirələrini bölüşmüşlər.

 

Keçidlər