Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı YAP-ın 25 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir

17 noyabr 2017 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar olaraq YAP Cəbrayıl rayon təşkilatının təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları Ümummili Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə gül çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra davam etdirilən  tədbirin rəsmi hissəsini giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs etdi.

Bildirdi ki, Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan YAP-ın yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Vurğulanıb ki, ötən illər ərzinə ümumxalq partiyasına çevrilməyi bacaran YAP bu gündə cəmiyyətimizin aparıcı qüvvəsidir. Məhz buna görədir ki, son 25 ildə keçirilən bütün seçkilərdə YAP mühüm qələbələr əldə edib. Ulu Öndər Heydər Əliyevin tərəfindən müəyyən edilən siyasi kurs bu gün ölkə Prezidenti, Partiya sədri cənab İlham Əliyev tərəfinən ləyaqətlə davam etdirilir.

Sonra YAP üzvülüyünə yeni qəbul olunmuş şəxslərə vəsiqələr və fərqlənən partiya üzvlərinə “Fəxri fərman”lar təqdim edildi.

Tədbirdə çıxış edən Cəbraıl rayon İcra hakimiyyətinin başçısı, YAP rayon təşkilatı İdarə heyətinin üzvü Kamal Həsənov bildirdi ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin içtimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi: «Heydər Əliyev siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir.  Rayon İcra hakimiyyətinin başçısı yubiley münasibəti ilə bütün YAP üzvlərini, eləcə də partiya sıralarına yeni qoşulmuş şəxsləri təbrik etdi.

 Sonda Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş film nümayiş etdirildi.

Keçidlər