Şriftin ölçüsü :

Saytın rəngi :

“9 Noyabr – Bayraq Günü” qeyd olunmuşdur

09 noyabr 2017 | 16:00

8 noyabr 2017-ci il tarixdə Cəbrayıl rayon 10 saylı qəsəbə klubunda “9 Noyabr – Bayraq Günü” münasibəti ilə bayram tədbiri keçirilmişdir.

Rayonun Dəmşalaq kənd tam orta məktəbinin hazırladığı bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və üçrəngli Azərbaycan bayrağının zala gətirilməsi ilə başlanmışdır. Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov tədbir iştirakçılarının salamlayaraq bayram münasibəti ilə onları təbrik etmiş, üçrəngli Azərbaycan bayrağının tezliklə doğma Cəbrayıl və işğal olunmuş digər vətən torpaqlarında dalğalanmasını  arzulamışdır.

Sonra bayram tədbiri məktəblilərin ifasında Azərbaycan bayrağına həsr olunmuş rəngarəng şer, mahnı və rəqslərlə davam etdirilmişdir. 

 

Keçidlər