Elimizin-obamızın qələbə xəbərli, zəfər soraqlı günü gəldi. Uzun illərdir ki, kədər yağan çöhrələrimizə, nəhayət ki, sevinc qondu. Dədə-baba yurd yerlərimizdəki nigaran ruhlar şad oldu. Gecəyarısı gələn şad xəbər qapıları “döydü”: “Ermənistan təslim oldu”. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı...Şuşa...
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.
07 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Yuxarı Məzrə və Yanarxac kəndləri işğaldan azad olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə vermişdir. Ölkə başçısı öz müsahibəsində bildirib ki, Ermənistanın Azərbaycana qarşı təxribatları hər zaman davamlı və məqsədyönlü olub.
04 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Kavdar və Mirək kəndləri işğaldan azad olunmuşdur.
02 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Çapand, Hacı İsaqlı və Qoşa Bulaq kəndləri işğaldan azad olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə vermişdir. Ölkə başçısı öz müsahibəsində bildirib ki, Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu.
Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan müzəffər ordusunun qələbə marşının davam etdirilməsi barədə xalqa növbəti müraciət etmişdir. Müraciətdə deyilir: İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir.
30 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonununXudaverdili, Qurbantəpə, Şahvələdli və Xubyarlı kəndləri işğaldan azad olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə vermişdir. Ölkə başçısı öz müsahibəsində bildirib ki, sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır.
28 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular və Qaraağac kəndləri işğaldan azad olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə vermişdir Ölkə başçısı öz müsahibəsində bildirib ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir.
26 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağmaşanlı, Kürdlər, Hovuslu,və Çələbilər kəndləri işğaldan azad olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə vermişdir. Ölkə başçısı öz müsahibəsində bildirib ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir.
22 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində
23 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı
Şanlı ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir.
Azərbaycan ordusunun qələbə marşı davam edir. 20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib.
Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır.
Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, xeyli sayda insan yaralanıb.
20 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Saravşa, Həsənqayıdı, Füğanlı, İmanbağlı, Daş Veysəlli, Ağtəpə və Yarəhmədli kəndləri işğaldan azad olunmuşdur.
19 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən aparılan əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsaqlı və İsaqlı kəndləri işğaldan azad olunmuşdur.
18 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən Cəbrayıl rayonunu ərazisində yerləşən qədim Xudafərin körpüsünün üzərinə Azərbaycan Respublikasının ay-ulduzlu, üçrəngli, şanlı zəfər bayrağı sancılmışdır.
Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz.
Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Azərbaycana daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb.