Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir

12 sentyabr 2017 | 16:00

11 sentyabr 2017-ci il tarixdə 4 saylı qəsəbə klubunda Cəbrayıl rayon təhsil işçilərinin ənənəvi Sentyabr konfransı keçirilmişdir.

Konfransda rayon Təhsil şöbəsinin müdiri Validə Həsənovanın “2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi dinlənilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış,  demokratik cəmiyyətimiz üçün hərtərəfli düşüncəyə malik sağlam fikirli, yüksək qabiliyyətli, zəngin istedada malik gənclər yetişdirmək və onların cəmiyyətin aparıcı qüvvəsinə çevirməyin vacib bir iş olduğunu vurğulamışdır.

Rayonda təhsilin səviyyəsinin keçən illərlə müqayisədə yüksəldiyini iştirakçıların diqqətinə çatdıran K.Həsənov məktəblərin pedaqoji kollektivlərinə yeni dərs ilində əzmlə işləməyi, daha böyük uğurlar qazanmağı arzulamışdır.

Təhsil nazirliyinin məsul işçisi Anar Mirzəzadə və digər çıxış edənlər yeni dərs ilinin başlanması münasibəti ilə rayonun Təhsil işçilərini təbrik edərək onlara uğurlar arzuladırlar.

Sonda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi məqsədi ilə keçirilmiş imtahanda fərqlənmiş  müəllimlərə, fənn olimpiadalarında yüksək nəticə göstərmiş şagirdlərə və qəbul imtahanlarında  600 –dən yuxarı bal toplamış məzunlara rayon İcra hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim olundu.

 

 

 

Keçidlər