Şriftin ölçüsü :

Saytın rəngi :

“21 Fevral - Beynəlxalq Ana dili günü” keçirilmişdir

23 fevral 2017 | 16:00
21 fevral 2017-ci il tarixdə 7 saylı qəsəbə klubunda “Beynəlxalq Ana dili günü” ilə əlaqədar tədbir keçirilmişdir. 
Tədbiri giriş sözü ilə Cəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin direktor müavini, əməkdar müəllim, şair Hidayət Səfərli açaraq Beynəlxalq Ana dili gününün yaranma tarixindən və bu sahədə ölkəmizdə ana dilinə göstərilən dövlət qayğısından bəhs etmişdir.
Filologiya üzrə Fəlsəfə doktoru Süleyman Alıyev, şairlərdən Kamal Fərhad və Musa Aslanxanlı çıxışında Azərbaycan dilinin dünyanın ən zəngin dillərindən biri olmasından, dilimizin keçdiyi inkişaf mərhələsindən söhbət açmışlar.
Tədbirdə orta məktəb şagirdləri ana dilimizə həsr olunmuş şerlər söyləmiş, mahnılar ifa etmişlər.
Tədbirin sonunda rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxış edərək tədbirin əhəmiyyətindən danışmış və tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
 
Keçidlər