Şriftin ölçüsü :

Saytın rəngi :

“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirilmişdir

30 dekabr 2016 | 16:00

29 dekabr 2016-cı il tarixdə “Cəbrayıl” şadlıq sarayında “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”  və “Yeni il”  münasibəti ilə bayram tədbiri keçirilmişdir.
      Bayram tədbirini açan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva rayon əhalisini və yığıncaq iştirakçılarını xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları münasibəti ilə təbrik etdi və bildirdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan millətinin birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
            Bayram tədbiri rayonun  incəsənət üstalarının hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.
           Tədbirdə rayon ziyalıları, ağsaqqallar, ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edən nümayəndələr iştirak etmişlər.
  

 

Keçidlər