Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar rəsm müsabiqəsi keçirilmişdir

28 dekabr 2016 | 16:00

27 dekabr 2016-cı il tarixdə Cəbrayıl rayon məktəblərinin 5, 6, 7, 8-ci sinif şagirdləri arasında Azərbaycan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqədə 11 məktəbdən ümumilikdə 33 şagird iştirak etmişdir.
Müsabiqənin sonunda 5-ci sinif şagirdləri arasında birinci yerə Arzu Əliyeva, 6-cı sinif şagirdləri arasında Zahidə Məmişova, 7-ci sinif şagirdləri arasında Rəvanə Xudiyeva, 8-ci sinif şagirdləri arasında isə Nişanə Məmmədova layiq görülmüşlər.
Qaliblər rayon Gənclər və İdman idarəsinin Diplom və Fəxri Fərmanı ilə mükafatlandırılmışlar.
 

Keçidlər