Şriftin ölçüsü :

Saytın rəngi :

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Səfiri ilə Cəbrayıllı məcburi köçkünlərin görüşü keçirilmişdir

01 dekabr 2016 | 16:00

         30 Noyabr 2016-cı il tarixdə Səudiyyə Ərəbistanı Krallığının  Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri  Müsaid bin  İbrahim əs-Süleymin başçılığı ilə səfirliyin məsul əməkdaşlarının və İslam İnkişaf Bankının nümayəndə heyəti Biləsuvar rayonu ərazisindəki Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə olmuşdur. Nümayəndə heyyətini Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov qəbul etmişdir. Qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərlə görüşən səfir eyni zamanda onların problemləri ilə maraqlanaraq, tezliklə öz doğma torpaqlarına qayıtmalarını arzulamışdır.
Sonda İslam İnkişaf Bankı xətti ilə «Qurban Əti İstifadəsi» layihəsi çərçivəsində məcburi köçkünlərə sovqat paylanmışdır.

Keçidlər