Şriftin ölçüsü :

Saytın rəngi :

15 noyabr 2016-cı il tarixdə ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

15 noyabr 2016 | 16:00

Görüşdə Əli Kərim adına Poeziya klubunun sədri,  şair İbrahim İlyaslı, Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı, şair Dəyanət Osmanlı, Ədalət qəzeti baş redaktorunun birinci müavini , şair Əbülfət Mədətoğlu və layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri yazıçı-dramaturuq-publisist  Elçin Hüseynbəyli iştirak etmişdir.
Tədbiri Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının müavini Tapdıq Nəsirov açaraq qonaqları salamlayıb və “Canımız Qarabağ, Yazımız Qarabağ” mövzusunda keçirilən layihənin təqdimatını məcburi köçkünlər yaşayan qəsəbələrdə təşkil etdiklərinə görə layihə iştirakçılarına öz təşəkkürünü bildirdi.
Sonra layihənin rəhbəri Elçin Hüseynbəyli layihənin məqsədi barədə danışaraq, layihənin Azərbaycan Respublikası Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəsdəyi  Şurasının qrantı əsasında keçirildiyini və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban Xanım Əliyevanın bu ilin aprel savaşından sonra cəbhə bölgələrinə səfərinin ardınca ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıdığını bildirdi.
Yazıçı onu da vurğuladı ki, “Canımız Qarabağ, Yazımız Qarabağ”  şuarı da təsadüfü seçilməyib  “yazımız” deyəndə həm ordumuzun aprel ayında yaz zəfəri, həm də qələmlə, sözümüzlə düşmənə qarşı vuruşmaq nəzərdə tutulur.
Tədbirdə iştirak edən yazarlar  İbrahim İlyaslı, Dəyanət Osmanlı, Əbülfət Mədətoğlu, Cəbrayıl rayonundan olan şairlər Musa Aslanxanlı, Mirzə Mirimli, Hidayyət Səfərli və digərləri çıxış edərək Qarabağ mövzusunda şerlər səsləndirdilər, əmin olduqlarını bildirdilər ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və bütün köçkünlər öz torpaqlarına qayıdacaqlar. Sonda Elçin Hüseynbəyli Layihənin gerçəkləşməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəsdəyi Şurasının rəhbərliyinə və Cəbrayıl rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.

Keçidlər