Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

17 oktyabr 2016 | 16:00

 17 oktyabr 2016-cı il tarixdə Cəbrayıl rayon İcra hakimiyyətinin akt zalında  2016-cı ilin  doqquz ayının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
        İclasda Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov tədbirdə  geniş hesabat məruzəsi ilə çıxış edərək rayonda bu ilin doqquz ayında görülmüş işlərlə bağlı ətraflı məlumat verdi. Bildirdi ki: Nazirlər Kabinetinin iclasında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  qeyri neft sektorunun əsas istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsinin vacibliyini  xüsusi qeyd etmişdir.” Rayonumuz kənd təsərrüfatı sahəsində ixtisaslaşmış rayon olduğu üçün  iqtisadi vəziyyəti ancaq kənd təsərrüfatını sistemli şəkildə inkişaf etdirməklə yaxşılaşdırmaq olar. Məlumat üçün bildirim ki, 9 ay ərzində 11 milyon 502 min manatlıq ümumi daxili məhsul olmuşdur ki, onun da 9 milyon 707 min manatı kənd təsərrüfatı məhsullarının  payına düşür.
Aqrar sahənin ən önəmli və gəlirli sahələrindən olan pambıqçılıq həmişə strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsi kimi ölkə iqtisadiyyatında xüsusi yer tutmuşdur. Bu il 24 rayonda əkilmiş pambıq sahələrindən 100 min ton pambıq tədarük edilməsi gözlənilir. Pambıqçılığın inkişaf etdirilməsi üçün dövlət tərəfindən bütün köməkliklər göstərilir, subsidiyalar ayrılır, sahibkarlara dəstək verilir. Bunları nəzərə alaraq rayonumuzda da bu il 34 hektarda pambıq əkilmişdir və hazırda məhsulun yığımı davam etdirilir.
Bu il ölkə üzrə 70 ton barama tədarük olunub ki, onun da dövlət tərəfindən 8-10 manat arası alışı olub və 1 kiloqram üçün 2 manat subsidiya verilib. Cəbrayıl ən iri baramaçılıq rayonlarından biri olmuşdur. Biz bu ənənəni yenidən bərpa etməliyik. Bu məqsədlə ilkin olaraq 10 hektar sahədə tut tingləri əkmək və gələcəkdə bu sahələri 40 hektara qədər artırmaq fikirimiz var.
Bundan əlavə taxılçılıq, heyvandarlıq və digər bostan-tərəvəz bitkilərinin əkininin genişləndirilməsi çox vacibdir.
2016-cı ilin doqquz ayında rayon üzrə 219 nikah qeydə alınmış, 51 boşanma olmuş, doğulan  928, ölən 232, rayonun qeydiyyatına gələn 217, qeydiyyatdan  çıxanlar isə 33 nəfər olmuşdur.  Ümumilikdə ilin əvvəlindən 696 nəfər  təbii artım, 184 nəfər isə miqrasiya artımı olmuş, rayon əhalisinin sayı 78.7 min nəfərə çatmışdır.
2016-cı ili xalqımız üçün əlamətdar edən ən mühüm hadisələrdən biri də     sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında    keçirilən referendum idi. Səsvermədə iştirak edənlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin peşəkar və uzaqgörən siyasəti ilə ölkənin bundan sonra da yeni zirvələr fəth edəcəyinə böyük əminlik nümayiş etdirərək Konstitusiyaya dəyişikliklərə  “hə” dedi. Bu, cəmiyyətin ölkə rəhbərliyinin fəaliyyətinə verdiyi yüksək dəstəyin göstəricisi idi.
Məruzə ətrafında Rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova, Dövlətqaçqınkomun MİD-nin qəsəbələr üzrə MKİS-in rəisi Qoşqar Məmmədov çıxış edərək 2016-cı ilin doqquz ayında  rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat verdilər.

 

Keçidlər