Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq Sülh Günü” ilə əlaqədar rayonun idarə və müəssisələrində tədbirlər keçirilmişdir

23 sentyabr 2016 | 16:00


       “21 Sentyabr - Beynəlxalq Sülh Günü” ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, Mədəniyyət müəssisənin klub və kitabxanalarında, məktəbəqədər təhsil müəssisələrində “Sülh aylığı” çərçivəsində “Sülh inkişafın əsas təməlidir”, “Sülh – hər bir cəmiyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir”, “Sülh – azadlıq, bərabərlik və ədalətdir”, “Sülh poeziyamızın daimi mövzusu...” adı altında tədbirlər həyata keçirilmişdir.
     Keçirilən tədbirlərdə erməni işğalçılarının torpaqlarımıza təcavüz etməsi nəticəsində əhalimizin öz doğma yurdlarından zorla qovulmaları, qəsbkarlar tərəfindən günahsız dinc əhaliyə, qocalara, uşaqlara, qadınlara qarşı amansız divan tutulması, Azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasətinin həyata keçirilməsi və XX əsrin əvvəllərindən ermənilərin törətdikləri insanlığa sığmayan vəhşiliklər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilmiş, bəşəriyyətin başı üzərini qara kabus kimi almış amansız terrorun, o, cümlədən erməni terrorunun əsl mahiyyəti açıqlanmış, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun acı nəticələri tədbir iştirakçılarına çatdırılmışdır.
       Biləsuvar rayonu ərazisindəki 11 qəsəbədə fəaliyyət göstərən rayonun məktəbəqədər təhsil müəssisələrində də “Sülh göyərçinləri” mövzusunda balacaların iştirakı ilə tədbirlər keçirilmiş, tədbirlərdə uşaqlar şerlər söyləmiş və mahnılar oxuyaraq müxtəlif rəqs səhnəcikləri göstərmişlər.

 

Keçidlər