Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində 15 sentyabr – “Bilik günü” qeyd edilmişdir

15 sentyabr 2016 | 16:00

15 sentyabr – “Bilik günü” ilə əlaqədar Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul işçiləri, bölgələr üzrə səlahiyyətli nümayəndələr, rayon Təhsil şöbəsinin əməkdaşları rayonun ümumtəhsil məktəblərində olmuş, həmin məktəblərin müəllim və şagird kollektivi, valideynlərlə görüşmüş, yeni dərs ilinin başlanması münasibəti ilə onları təbrik etmişlər.
Biləsuvar rayonu ərazisindəki 5 saylı qəsəbədə fəaliyyət göstərən rayonun 10 saylı tam orta məktəbində yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə iştirak edən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov rayonun bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri yeni dərs ilinin başlanması və “Bilik günü” münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışdır. Ölkə Prezidenti Möhtərəm İlham Əliyev cənablarının və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğıdan söhbət açan rayon rəhbəri 2015/2016-cı tədris ilində rayonun ümumtəhsil müəssisələrinin göstərdiyi uğurlardan danışmış və yeni tədris ilində bu uğurların davamlı olmasını arzulamışdır. 

Keçidlər