Şriftin ölçüsü :

Saytın rəngi :

Mini futbol üzrə rayon birinciliyi keçirilmişdir

26 avqust 2016 | 16:00

     Cəbrayıl rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 17-23 avqust 2016-cı il tarixlərdə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə Şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilmişdir.
        Birincilikdə rayon SuKanal idarəsinin, Polis şöbəsinin, Mədəniyyət və Turizm, Təhsil şöbələrinin, Yanğından mühafizə bolməsinin və 1-11 saylı qəsəbələrin komandaları olmaqla ümumilikdə 16 komanda  iştirak etmişdir.
       3 saylı qəsəbə komandası keçirdiyi bütün oyunlarda inamlı qələbə qazanaraq birinciliyin qalibi olmuşdur. Qalib komanda və yarışlarda fərlənmiş oyunçular rayon Gənlər və İdman idarəsinin fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər